Somalinin Qalmuduq bölgəsində “Əş-Şəbab” terror qruplaşması hökumət qüvvələrinə qarşı hücum həyata keçirib.
Axar.az xəbər verir ki, hadisə Visil yaşayış məntəqəsində baş verib.
Minalanmış avtomobilin partladılmasından sonra ərazidə şiddətli atışmalar olub.
Moqadişu və Hobyo şəhərlərindən göndərilən hərbi kortejlərin də pusquya salındığı bildirilib.
“Əş-Şəbab” bir müddət Visil zonasını nəzarətə götürüb, daha sonra isə geri çəkilib.
Baş verən qarşıdurmalar zamanı hökumət qüvvələrindən 50, terrorçulardan isə 42-nin öldürüldüyü deyilir.