Rusiyanın müdafiə sahəsindəki əzmi rəqibləri üçün getdikcə daha anlaşıqlı olacaq, bu səbəbdən Kuba raket böhranı kimi yeni "Qiyamət ssenariləri"ndən danışmağa ehtiyac yoxdur.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Kreml sözçüsü Dmitri Peskov çıxış edib.
"Ən çox "ruslarla lazım bildiyimiz mövzularda danışacağıq" və ən əsası "bir şey olarsa, onları cəzalandıracağıq" cümlələrini eşidirik. Amerikada Rusiya ilə yaxşı münasibətlərdən danışmaq mümkün deyil", - Peskov qeyd edib.
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın Füzuli və Zəngilan rayonlarında basdırılan minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim etməsini və Azərbaycanın 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verməsini alqışlayıb.
Axar.az xəbər verir ki, T. Klaar bu barədə Tvitter hesabında yazıb.
Aİ rəsmisi saxlanılan ermənilərin buraxılmasının yaxşı hal kimi qiymətləndirib:
“Azərbaycana isə vacib olan mina xəritələri təqdim edilib”.
Almaniyanın “TRT Deutsch” xəbər portalında “Azərbaycan erməni şirkətlərinin ətraf mühiti çirkləndirməsini tənqid edir” adlı məqalə dərc olunub.
Axar.az xəbər verir ki, məqalədə Ermənistan şirkətlərinin sənaye tullantılarının Oxçuçaya axıdılması nəticəsində ətraf mühitə dəyən ziyan və erməni şirkətlərinin ekoloji faciəyə görə məsuliyyət daşıdığı qeyd olunub. Məqalədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu mövzuda fikirlərinə geniş yer verilib və bildirilib ki, kənd təsərrüfatı sahələrinin suvarılmasında böyük əhəmiyyət daşıyan Araz çayının bir qolu olan Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi fəlakət həddinə çatıb. Nazir qeyd edib ki, hazırda həmin ərazidəki vəziyyəti ekoloji fəlakət kimi dəyərləndirmək lazımdır və Oxçuçayın Araz çayına tökülməsini nəzərə alaraq, bu vəziyyət təkcə Azərbaycan üçün deyil, eyni zamanda, İran üçün böyük problemə çevrilib: “Ermənistan hökuməti anlamalıdır ki, o, yaxasını məsuliyyətdən kənara çəkə bilməz”.
Məqalədə bildirilir ki, regiondakı ekoloji problemin yaranmasında Almaniya şirkətləri də iştirak edir. Almaniyanın Karlsruhe şəhərində yerləşən “Cronimet“ şirkətlər qrupunun Ermənistanın ən böyük vergi ödəyicisi olan Zəngəzur mis-molibden kombinatının 60 faizlə əsas payçısı kimi məsuliyyətindən də söz açılıb. Tənqid hədəfləri arasında ingilis şirkəti tərəfindən alındıqdan sonra “Chaarat Kapan CJSC” adını daşıyan Qafan dağ-mədən və emal zavodunun da adı hallanır.
Məqalədə Azərbaycan ekspertlərinə istinadla bildirilir ki, Oxçuçaydan götürülmüş su nümunələrində nikel yeddi, dəmir dörd və mis-molibden birləşməsi iki dəfə normadan çoxdur. Forel və digər balıqlar çayda kritik həddə çirklənmə nəticəsində artıq məhv olublar, ağır metalların səviyyəsinin yüksək olması insan sağlamlığı üçün də təhlükəlidir.
Daha sonra qeyd edilir ki, Oxçuçayın çirkləndirilməsi ötən illərdə Ermənistanda da əks-səda doğurub, lakin bununla bağlı xüsusi tədbir görülməyib.
Məqalənin sonunda Ermənistanla Almaniyanın “Cronimet“ şirkətlər qrupu arasında sıx əlaqələrə də toxunulur. Qeyd edilir ki, şirkətin təsisçi və icraçı direktoru Qünter Pilarski Ermənistanın Baden-Vürttemberq konsulluq regionu üzrə fəxri konsuludur. Şirkətin adı Ermənistan üçün çalışan alman lobbiçilərinin siyahısında yer alır.
Eyni zamanda, qeyd edilir ki, 2019-cu ildə dərc olunmuş araşdırmalara görə, bu şirkət ətrafında maraqlar toqquşub. Ermənistanın keçmiş dövlət başçısı Serj Sarkisyanın kürəkəni Mikael Minasyan üçüncü tərəfin iştirakı ilə Zəngəzur mis-molibden kombinatının gizli payçısına çevrilib.
Parlament seçkisi Ermənistanda yaranan situasiyadan çıxış yolu deyil, Ermənistan üçün növbəti cəhənnəm dövrüdür.
Axar.az xəbər verir ki, bunu Respublikaçılar Partiyası sədrinin müavini Armen Aşotyan deyib.
“Bu seçkilər Ermənistana yox, dünyaya lazım idi. Məqsədlər fərqlidir. Onlardan biri Ermənistanda yenilənmiş legitim mandatı olan şəxsə sahib olmaq və Ermənistanın çevrildiyi iltihablı ocağın gələcək regional inkişafını neytrallaşdırmaq idi”, – deyə o bildirib.
Rusiya hüquq-mühafizə orqanları Azərbaycan əsilli qadını beynəlxalq axtarışa verib.
Azərbaycan Baş nazirinin sabiq müavini Abid Şərifovun oğlu Elçin Şərifov ağır xəstəliyə düçar olub.
Axar.az Bakıpost.az-a istinadən xəbər verir ki, o, iflic olub. Məlumata görə, hər gün əlil arabasında Şəki Park Hotelə gətirilir və orada müəyyən müalicə proseduraları keçir.
Elçin Şərifov Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. O, uzun müddət bankçılıq sahəsində çalışıb. Son vaxtlara kimi “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Abşeron filialına rəhbərlik edib.
Avropa Birliyi Rusiyaya qarşı yeni və daha güclü sanksiyalar tətbiq etmək istəmir.
Axar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin deyib.
“Biz istərdik ki, sanksiyalar real olaraq Rusiyaya zərbə olub, onu öldürsün, amma sanksiyaları strateji olaraq təsir göstərir. AB-nin Rusiyanı dağıdacaq yeni sanksiyalar tətbiq etmək arzusu varmı? Mən sizə yüz faiz deyirəm ki, yoxdur. Bəlkə də Litva nəyəsə də hazırdır, amma AB yox”, – deyə o bildirib.
Çin özünün daxili işlərinə xarici müdaxiləyə, başqalarının onun inkişafına mane olmasına imkan verməyəcək.
Axar.az xəbər verir ki, bunu Çin xarici işlər naziri Van Yi deyib.
“Çin başqa ölkələrin daxili siyasətinə müdaxilə etmir, onların inkişafına mane olmur, amma biz başqalarının da bizim daxili işlərimizə müdaxiləsinə dözmürük. Çin 100 il əvvəl olduğu kimi deyil”, – deyə o bildirib.