Almaniyanın “TRT Deutsch” xəbər portalında “Azərbaycan erməni şirkətlərinin ətraf mühiti çirkləndirməsini tənqid edir” adlı məqalə dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə Ermənistan şirkətlərinin sənaye tullantılarının Oxçuçaya axıdılması nəticəsində ətraf mühitə dəyən ziyan və erməni şirkətlərinin ekoloji faciəyə görə məsuliyyət daşıdığı qeyd olunub. Məqalədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu mövzuda fikirlərinə geniş yer verilib və bildirilib ki, kənd təsərrüfatı sahələrinin suvarılmasında böyük əhəmiyyət daşıyan Araz çayının bir qolu olan Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi fəlakət həddinə çatıb. Nazir qeyd edib ki, hazırda həmin ərazidəki vəziyyəti ekoloji fəlakət kimi dəyərləndirmək lazımdır və Oxçuçayın Araz çayına tökülməsini nəzərə alaraq, bu vəziyyət təkcə Azərbaycan üçün deyil, eyni zamanda, İran üçün böyük problemə çevrilib: “Ermənistan hökuməti anlamalıdır ki, o, yaxasını məsuliyyətdən kənara çəkə bilməz”.

Məqalədə bildirilir ki, regiondakı ekoloji problemin yaranmasında Almaniya şirkətləri də iştirak edir. Almaniyanın Karlsruhe şəhərində yerləşən “Cronimet“ şirkətlər qrupunun Ermənistanın ən böyük vergi ödəyicisi olan Zəngəzur mis-molibden kombinatının 60 faizlə əsas payçısı kimi məsuliyyətindən də söz açılıb. Tənqid hədəfləri arasında ingilis şirkəti tərəfindən alındıqdan sonra “Chaarat Kapan CJSC” adını daşıyan Qafan dağ-mədən və emal zavodunun da adı hallanır.

Məqalədə Azərbaycan ekspertlərinə istinadla bildirilir ki, Oxçuçaydan götürülmüş su nümunələrində nikel yeddi, dəmir dörd və mis-molibden birləşməsi iki dəfə normadan çoxdur. Forel və digər balıqlar çayda kritik həddə çirklənmə nəticəsində artıq məhv olublar, ağır metalların səviyyəsinin yüksək olması insan sağlamlığı üçün də təhlükəlidir.

Daha sonra qeyd edilir ki, Oxçuçayın çirkləndirilməsi ötən illərdə Ermənistanda da əks-səda doğurub, lakin bununla bağlı xüsusi tədbir görülməyib.

Məqalənin sonunda Ermənistanla Almaniyanın “Cronimet“ şirkətlər qrupu arasında sıx əlaqələrə də toxunulur. Qeyd edilir ki, şirkətin təsisçi və icraçı direktoru Qünter Pilarski Ermənistanın Baden-Vürttemberq konsulluq regionu üzrə fəxri konsuludur. Şirkətin adı Ermənistan üçün çalışan alman lobbiçilərinin siyahısında yer alır.

Eyni zamanda, qeyd edilir ki, 2019-cu ildə dərc olunmuş araşdırmalara görə, bu şirkət ətrafında maraqlar toqquşub. Ermənistanın keçmiş dövlət başçısı Serj Sarkisyanın kürəkəni Mikael Minasyan üçüncü tərəfin iştirakı ilə Zəngəzur mis-molibden kombinatının gizli payçısına çevrilib.

22 Noyabr 2024 Putinin müraciəti Trampa idi: xəbərdarlıq etdi
22 Noyabr 2024 Rutte Trampı inandırmaq üçün ABŞ-a gedir
22 Noyabr 2024 Putinin video-müraciətinə Zelenskinin cavabı
22 Noyabr 2024 Tramp Avropada ən böyük adanı almaq üçün hərəkətə keçdi
22 Noyabr 2024 İran hədələdi: İsrail belə sərsəm addım atarsa...
22 Noyabr 2024 ABŞ səhvə yol verdi - Putin
22 Noyabr 2024 Rusiya ilə əsl savaş istəyirdiniz: indi baxın! - Kadırov
22 Noyabr 2024 Çox azıq, miqrantlara ehtiyacımız var... - Rusiya
21 Noyabr 2024 Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
21 Noyabr 2024 Rusiyaya inanmamalıyıq, bizdən istifadə edir - Mütəhhəri
21 Noyabr 2024 Qərar məcburidir, Netanyahu həbs edilməlidir - Borrell
21 Noyabr 2024 Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
21 Noyabr 2024 Zelenski təcili müraciət yaydı: Başdanxarab qonşumuz...
21 Noyabr 2024 İsrail açıqladı: Üçüncü hücum dalğası tamamlandı!
21 Noyabr 2024 İrəvan Libbini təkzib etdi: Azərbaycanla əməkdaşlıq…
21 Noyabr 2024 Putinin mövqeyini nəzərə almadan bunu etmək olmaz!
21 Noyabr 2024 Güneyli məhbus işgəncə ilə öldürüldü
21 Noyabr 2024 Krımda Yeni il tədbirləri ləğv edildi
21 Noyabr 2024 BMT İranla bağlı qətnaməni qəbul etdi
21 Noyabr 2024 Kabellər buna görə qırılıb, “Moskvanın əli”ni axtarmayın
21 Noyabr 2024 Nüvə savaşı istəmirik, danışmalıyıq - ABŞ admiralı
21 Noyabr 2024 Hakimiyyətin Trampa keçməsinə hazırıq - Admiral
21 Noyabr 2024 Berlin Kiyevə növbəti hərbi yardım göndərdi
20 Noyabr 2024 ATACMS-lar Rusiyanı vurdu: Putinin iş qrafiki… - Peskov
20 Noyabr 2024 Rusiyaya ATACMS-la zərbə: Tramp hərəkətə keçir
20 Noyabr 2024 Çin lideri Ukraynadan danışdı: Görmək istəmirik!
20 Noyabr 2024 Kursk üzərində iki Ukrayna raketi vuruldu
20 Noyabr 2024 İsrail Palmiraya zərbə endirdi: 36 ölü, 50 yaralı
20 Noyabr 2024 Qərbin Ukraynaya icazə verməsi sübut edir ki... - Zaxarova
20 Noyabr 2024 ABŞ Qəzza ilə bağlı bu qətnaməyə veto qoydu