İslam qorxusu Qərb mədəniyyətinə dərindən kök salıb və min ildir belədir.
Axar.az xəbər verir ki, bunu amerikalı dilçi, professor Avram Noam Çomski deyib.
O, Qərbdə artan islam qorxusunun səbəblərinin Səlib yürüşlərində axtarılmalı olduğunu bildirib:
“Səlib yürüşləri və Cihad: Müsəlman dünyası ilə qlobal şimal arasındakı min illik savaş” adlı kitabda Qərbin islam qorxusu haqqında ətraflı məlumat var. Üstəlik Avropa son dərəcə irqçidir. Bunun nədən qaynaqlandığını öyrənmək üçün o dövrdə baş verən hadisələrə baxmalıyıq. İslamofobiyanın həlli üçün əvvəlcə islamafobiyanı anlamaq lazımdır. Cəmiyyətlər məlumatlandırılıb maarifləndirilmədən sosial problemləri həll etmək mümkün olmayacaq”, - deyə professor bildirib.
İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi üzərindən əlaqə yaratmaq üçün yeni fürsətlər ortaya çıxıb.
Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistanda keçirilən “Mərkəzi və Cənubi Asiya: Regional əməkdaşlıq, sınaqlar və imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində plenar müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, bu, eyni zamanda Qafqazda vəziyyətin normallaşması üçün də böyük əhəmiyyət daşıyır:
"Keçmişdə Mərkəzi Asiya böyük güclərin rəqabət meydanı idi. Buna geri qayıdılmasına icazə verməməliyik. Regionun bir-biri ilə əlaqəli ekosistemə ehtiyacı var. Bunun da yeganə yolu regional əməkdaşlığı kommunikasiya yolu ilə təşviq etməkdir".
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sosial şəbəkə hesabında erməniləri ələ salıb.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, M.Zaxarova Feysbuk hesabında Ukrayna Konstitusiya Məhkəməsinin “Ukrayna dilinin dövlət dili kimi istifadəsini təmin etmək haqqında” qanunu ölkə konstitusiyasına uyğun hesab etməsi barədə məlumata münasibət bildirib.
Bu paylaşıma isə Armine Xarazyan adlı erməni sosial şəbəkə istifadəçisi “tənqid” xarakterli şərh yazıb:
“Bu sizi niyə belə narahat edir? Bəs bu Almaniya və ya Fransa olsaydı… Niyə digər suveren ölkə üçün narahat olursunuz? Burnunuz niyə belə uzundur? Və o, həmişə lazım olmayan yerdədir”.
Erməni istifadəçinin bu şərhinə isə Rusiya XİN-in rəsmi nümayəndəsi olduqca məharətlə cavab verib və istifadəçini lağa qoyaraq əslində ona yerini göstərib:
“Niyə bizi nəyinsə narahat etməsi, sizi bu qədər narahat edir?”.
İranda ötən sutka ərzində 199 nəfər koronavirusdan (COVID-19) ölüb.
18 yaşlı Oliver Deymon iyulun 20-də “Amazon”un və “Blue Origin”in qurucusu Ceff Bezosla birgə kosmosa uçacaq.
Axar.az xəbər verir ki, Bezosla kosmosa uçmaq üçün 28 milyon dollar ödəyən şəxs təqvim planlarına uyğun gəlmədiyi üçün fikrindən vaz keçib. Nəticədə Deymon auksionda iştirak etmək imkanı qazanıb.
Qeyd edək ki, səyahət reallaşsa, Deymon kosmosa uçan ən gənc insan olacaq.
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyində koronavirusun yeni ştammları ilə əlaqədar məhdudiyyətlər və komendant saatı tətbiq edilir.
ABŞ Gürcüstanı parlamentin Ali Məhkəmə təyin etdiyi 6 hakimin statusunun ləğvinə çağırır.
Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Dövlət katibi Entoni Blinken yayıb.
“Gürcüstan parlamentinin 19 aprel razılaşmasına zidd olaraq Ali Məhkəməyə 6 namizədi hakim olaraq təsdiqləməklə bağlı verdiyi 12 iyul qərarından çox narahatıq. Gürcüstanın uğuru üçün məhkəmə sistemində ambisiyalı reformlar kritik əhəmiyyət daşıyır”, – deyə o bildirib.
ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda isə bu addımın beynəlxalq ictimaiyyətdə Gürcüstanın məhkəmə sisteminə olan etibarı zədələyə biləcəyi vurğulanıb. BununGürcüstana investisiyaların azalmasına da gətirib çıxaracağı bildirilib.
Qeyd edək ki, müxalifətlə iqtidar arasında ABŞ və AB vasitəsilə əldə olunan razılaşmaya əsasən, məhkəmə islahatı aparılmayana qədər Ali Məhkəməyə təyinat dayandırılmalıdır.