ABŞ Gürcüstanı parlamentin Ali Məhkəmə təyin etdiyi 6 hakimin statusunun ləğvinə çağırır.
Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Dövlət katibi Entoni Blinken yayıb.
“Gürcüstan parlamentinin 19 aprel razılaşmasına zidd olaraq Ali Məhkəməyə 6 namizədi hakim olaraq təsdiqləməklə bağlı verdiyi 12 iyul qərarından çox narahatıq. Gürcüstanın uğuru üçün məhkəmə sistemində ambisiyalı reformlar kritik əhəmiyyət daşıyır”, – deyə o bildirib.
ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda isə bu addımın beynəlxalq ictimaiyyətdə Gürcüstanın məhkəmə sisteminə olan etibarı zədələyə biləcəyi vurğulanıb. BununGürcüstana investisiyaların azalmasına da gətirib çıxaracağı bildirilib.
Qeyd edək ki, müxalifətlə iqtidar arasında ABŞ və AB vasitəsilə əldə olunan razılaşmaya əsasən, məhkəmə islahatı aparılmayana qədər Ali Məhkəməyə təyinat dayandırılmalıdır.