İslam qorxusu Qərb mədəniyyətinə dərindən kök salıb və min ildir belədir.
Axar.az xəbər verir ki, bunu amerikalı dilçi, professor Avram Noam Çomski deyib.
O, Qərbdə artan islam qorxusunun səbəblərinin Səlib yürüşlərində axtarılmalı olduğunu bildirib:
“Səlib yürüşləri və Cihad: Müsəlman dünyası ilə qlobal şimal arasındakı min illik savaş” adlı kitabda Qərbin islam qorxusu haqqında ətraflı məlumat var. Üstəlik Avropa son dərəcə irqçidir. Bunun nədən qaynaqlandığını öyrənmək üçün o dövrdə baş verən hadisələrə baxmalıyıq. İslamofobiyanın həlli üçün əvvəlcə islamafobiyanı anlamaq lazımdır. Cəmiyyətlər məlumatlandırılıb maarifləndirilmədən sosial problemləri həll etmək mümkün olmayacaq”, - deyə professor bildirib.