İranda ötən sutka ərzində 34 913 nəfər koronavirusa yoluxub, 458 nəfər koronavirusdan ölüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 93 086 nəfərə yüksəlib, yoluxanların ümumi sayı isə 4 092 671 nəfərə çatıb. Virus daşıyıcılarından 6 279 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda təxminən 14,7 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 11,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,97 milyon təşkil edir.