Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio Olimpiadasında bürünc medala sahib olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yer uğrunda görüşdə Monqolustan təmsilçisi Namuntsetseq Tsoqt Oçirə 10:0 hesabı ilə qalib gəlib və ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb.