Hindistanın şimalındakı Uttar-Pradeş ştatında leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 357 kənd su altında qalıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, regionda Qanq çayını səviyyəsi 2 metrdən çox qalxıb.
97 kəndin ətraf aləmlə əlaqəsi tamamilə kəsilib. Ştat rəhbərliyi sakinlərin təxliyəsini həyata keçirir.
Son üç həftə ərzində davam edən musson yağışları və daşqınlar nəticəsində Hindistanda 400 nəfər həlak olub.