Ermənistanın Azərbaycanla yenidən müharibə etmək üçün kifayət qədər hərbi qüvvəsi yoxdur. Bu mənada 25 avqust tarixində keçiriləcək üç aylıq hərbi-təlim toplantısı heç bir halda rəsmi İrəvanın yeni bir müharibəyə hazırlığı kimi qiymətləndirilə bilməz.
Bu sözləri Axar.az-a siyasi şərhçi Teymur Qasımlı Ermənistanda ehtiyatda olan hərbçilərin üç aylıq hərbi-təlim toplantısı haqda qərarı şərh edərkən deyib.
“Bundan öncə də bənzər şəkildə Ermənistan ordusunda ehtiyatda olan hərbçilər üçün hərbi-təlim adı altında çağırış elan olunmuşdu. Lakin gözlənilənin əksinə, bu çağırışa maraq elə də çox olmadı.
Ümumiyyətlə Ermənistan ordusu hazırda yeni bir müharibəyə girəcək qüdrətdə deyil. Xüsusilə də ölkədə səfərbərliyə cəlb ediləcək canlı qüvvə problemi hələ də aktualdır”, - politoloq bildirib.
Əldə olan məlumatlar hazırda COVID-19 əleyhinə buster (üçüncü doza) vaksinlərinə ehtiyac olmadığını göstərir.
İl yarımdır gecə ziyarətləri üçün bağlı olan Hindistanın Tac-Mahal mavzoleyi avqustun 21-dən etibarən abidəni ay işığında görmək istəyənlərin üzünə açıq olacaq.
Qərb ölkələri bütün dünyada, o cümlədən Rusiyada korrupsiya ilə aktiv mübarizə aparmalıdırlar.
Axar.az xəbər verir ki, bunu rusiyalı müxalifətçi Aleksey Navalnı deyib.
O, yenidən Qərb ölkələrini rusiyalı oliqarxlara sanksiya tətbiq etməyə çağırıb:
“Putinin yaxın ətrafına sanksiyalar tətbiq olunmadıqca istənilən antikorrupsiya ritorikası oyun və boş söz kimi qəbul olunacaq. Dövlət şirkətlərinə rəhbərlik edən Putinin oliqarxları yalnız formal olaraq biznesmendirlər, əslində isə onlar mütəşəkkil cinayətkar qrupların liderləridir”.
İranda ötən sutka ərzində 28 833 nəfər koronavirusa yoluxub, 555 nəfər ölüb.
NATO-nun Avropa ayağını gücləndirmək barədə düşünməliyik.
Axar.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas “Şpiqel” jurnalına açıqlamasında deyib.
“Həqiqət budur ki, ABŞ olmadan çətin beynəlxalq missiyaları yerinə yetirmək iqtidarında olmadığımız üçün amerikalılar çox şeyə qərar verirlər, biz isə izləyirik. Əfqanıstandakı uğursuzluq xarici və təhlükəsizlik siyasətinə görə dünyadakı məsuliyyətimizi tamamilə inkar etməyə səbəb olmamalıdır. Ancaq Əfqanıstanda baş verənlər bir daha təkrarlanmamalıdır”, - deyə Maas bildirib.