Fransa hesab edir ki, NATO-nun strateji konsepsiyası avropalıların maraqlarına daha çox cavab verməlidir.
Meksikanın şimalında yerləşən Sonora ştatında Sonoita - San-Luis-Rio-Kolorado şosesində avtobus yük maşını ilə toqquşub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi “Altılıq platforması” Bakı ilə İrəvan arasında etimadı artırmağa, həmçinin ölkələr arasında humanitar məsələləri həll etməyə kömək edəcək.
Axar.az-ın Report-a istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.
Rusiya XİN nümayəndəsi Qarabağ məsələsinin Moskvanın diqqət mərkəzində olduğunu vurğulayıb.
“Əsas səylərimiz razılaşmaların həyata keçirilməsinə yönəlib, prioritetlər arasında humanitar vəzifələrin həlli, Azərbaycan-Ermənistan sərhədində gərginliyin azalması, Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların bərpa edilməsi var. ATƏT-in Minsk qrupu həmsədrlərinin mövcud mandat əsasında və yeni regional reallıqları adekvat nəzərə almaqla işinin intensivləşdirilməsini dəstəkləyirik”, - o bildirib.
Sergey Lavrovun uzunmüddətli həllin yalnız sərhədlərin delimitasiyası və demarkasiyası ilə mümkün olduğu barədə sözləri yerində və düzgündür. Lakin sərhədlərin delimitasiyası və demarkasiyası işlərinin niyə ləng getdiyini də düşünmək lazımdır. Rəsmi İrəvan prosesdə Rusiyanın olmasına baxmayaraq, tez-tez provokasiyalara yol verərək süni şəkildə gərginliyi artırmağa çalışır. Ermənistanın bu cür davranışı rəsmi Moskvanın da nüfuzuna təsir edir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
“Bu gün Ermənistan dövlət sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Eyni zamanda 10 noyabr bəyanatının müvafiq bəndinə uyğun olaraq Qarabağda da rus sülhməramlıları var. Rusiyanın bu qədər güclü olduğu bir regionda sərhədlərin delimitasiyası və demarkasiyası hələ də başa çatmayıbsa, demək, bu, rəsmi Moskvanın o qədər də marağında deyil. Mahiyyət etibarilə Rusiya prosesin bu mərhələdə qalmasını, “dondurulmasını” istəyir”, - politoloq bildirib.
Politoloqun sözlərinə görə, Lavrov Azərbaycanda saxlanılan erməni hərbçilərin geri qaytarılması haqda danışarkən Azərbaycanı maraqlandıran bir çox məsələ haqda bir kəlmə belə demədi:
“Söhbət Birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlılardan, minalanmış ərazilərin xəritəsindən və Azərbaycanla Ermənistanın qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüklərini tanıması gerçəkliyindən gedir. Bu və digər məsələlər dura-dura Lavrovun 10 noyabr bəyanatından sonra Azərbaycan ərazilərinə qanunsuz şəkildə daxil olan erməni terrorçularının aqibətindən narahat olması Kremlin regiona baxışını da müəyyən mənada göstərmiş olur. Bu gün yekun sülh müqaviləsinin imzalanmasını rəsmi Bakı hamıdan çox istəyir. Lakin Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb mövcud iddialarından imtina etmədiyi təqdirdə bu, mümkün deyil. Biz 10 ilə də olsa, o minalanmış əraziləri təmizləyərik, ancaq Ermənistan daha 10 il müharibə vəziyyətində, blokadada yaşamaq gücünə sahib deyil”.
Qrip mövsümünün başlaması və havaların soyuması ilə birlikdə qapalı məkanlarda daha çox vaxt keçirilməsi epidemioloji vəziyyətə təsir göstərə bilər.