Fransa hesab edir ki, NATO-nun strateji konsepsiyası avropalıların maraqlarına daha çox cavab verməlidir.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu respublikanın XİN rəhbəri Jan-İv Le Drian "Le Figaro" qəzetinə müsahibəsində deyib.
"Transatlantik əlaqələrin qorunamsı gərəkir, lakin onlar daha balanslı olmalıdır. NATO-nun strateji konsepsiyası avropalıların maraqlarına, o cümlədən terrorla mübarizənin davam etdirilməsinə daha çox cavab verməlidir", - nazir deyib.