Əfqanıstanın şimalındakı Pəncşir əyalətində Talibana qarşı döyüşən milli müqavimət qüvvələrinin dəstələri regionun üç rayonunu “radikallar”dan geri alıblar.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə yerli “Afghanistan Times” qəzeti bildirib.

Qəzetin mənbələrinin məlumatına görə, döyüşçülər Pəncşirin şimal və şimal-şərq hissələrində yerləşən Dara, Abşar və Paryan rayonlarını Taliban silahlılarından təmizləyiblər. Qeyd edilir ki, milli müqavimət qüvvələrinin silahlıları ağır döyüşlər nəticəsində Talibanın onlarla döyüşçüsünü məhv edib.

Qeyd edək ki, ABŞ-ın bir neçə ay əvvəl öz qoşunlarını Əfqanıstandan çıxaracağını elan etməsindən sonra Taliban hərəkatı ölkədə hökumət qüvvələrinə qarşı genişmiqyaslı əməliyyata başlayıb. Avqustun 15-də Əfqanıstan prezidenti Əşrəf Qani səlahiyyətlərini təhvil verərək ölkəni tərk edib və taliblər döyüşsüz Kabilə giriblər.

Lakin radikallarının hakimiyyəti ilə razılaşmayanlar Əhməd Məsudun başçılığı ilə Pəncşirdə müqavimət təşkil ediblər.

Bazar ertəsi taliblərin nümayəndəsi Zəbiullah Mücahid Pəncşirin tamamilə Talibanın nəzarəti altına keçdiyini və buna görə Əfqanıstanda müharibənin başa çatdığını elan edib. Öz növbəsində Məsud Əfqanıstanın bütün sakinlərini ümumi üsyana çağıraraq bildirib ki, radikallarla hərbi qarşıdurma davam edir.

İranın şiddətli hərəkətlərinə uyğun və sürətli beynəlxalq reaksiya verməyə çağırıram. MAQATE-nin hesabatı hərəkətə keçməyin vaxtının çatdığına işarə edir.

Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Naftali Bennett deyib.

Baş nazir qeyd edib ki, İranın danışıqlar yolu ilə istiqamətini dəyişməyə hazır olacağını sadəlövhcəsinə gözləmək özünü doğrultmayıb.