Ukraynadan planlaşdırılan və yönəldilən Krım təxribatı Qərbin Ukraynaya qarşı siyasətinin yeni normal halıdır:
faktlara məhəl qoymamaq, Kiyev rejimini bütün antirusiya fəaliyyətlərində dəstəkləmək.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
"Bu dəhşətli hadisələrin təfərrüatı məlumdurmu? Bəli, məlumdur. Vaşinqton və Brüssel hər şeyi bilir və susur. Cinayətdə birbaşa iştirak etməsələr də, ən azı, buna göz yumurlar", - Zaxarova qeyd edib.