Saakaşvilinin Vətənə geri dönməsində heç bir risk görmürük.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Saakaşvilinin olduğu hər yer sirkə çevrilir:
“Vacib olan bu sirkin vətəndaşlar üçün təhlükə kəsb etməməsidir”.
Afrikanın şimalında yerləşən Eritreadada yaşayan dünyanın ən yaşlı adamı 127 yaşında vəfat edib.
Axar.az BBC-ə istinadən xəbər verir ki, Natabay Tinsiyev adlı şəxsin ailəsi əslində onun 137 yaşında olduğunu iddia edib.
1894 -cü ildə dünyaya gələn Tinsiyevin "dünyanın ən uzun ömürlü adamı" olaraq qeydə alınması üçün ailəsi Ginnesin Rekordlar Kitabına müraciət edib.
Hindistana 5 ədəd S-400 sisteminin verilməsi barədə müqavilənin reallaşması Baydenin Hind-Sakit okean strategiyası üçün ciddi sınaq olacaq.
Axar.az xəbər verir ki, bu iddia ilə “Politiko” qəzetinin analitiki Pol Makliri çıxış edib. O, bu razılaşmanın Vaşinqtonda ciddi narahatlıq yaratdığını vurğulayıb.
Qeyd edək ki, S-400-lərlə bağlı Moskva ilə Dehli arasında razılaşma 2018-ci ildə imzalanıb.
Axar.az xəbər verir ki, bu iddia ilə “Politiko” qəzetinin analitiki Pol Makliri çıxış edib. O, bu razılaşmanın Vaşinqtonda ciddi narahatlıq yaratdığını vurğulayıb.
Qeyd edək ki, S-400-lərlə bağlı Moskva ilə Dehli arasında razılaşma 2018-ci ildə imzalanıb.
Ermənistanın qara günləri hələ qarşıdadır. Cəmiyyət vətəndaş müharibəsinin bir addımlığındadır. Hər keçən gün Ermənistanda siyasi bombanın partlayacağı ana yaxınlaşırıq.
Axar.az xəbər verir ki, bu fikirlərlə Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan çıxış edib.
Onun sözlərinə əsasən, yaxın vaxtlarda onun partiyası böyük yürüş təşkil edəcək:
“Minlərlə insan İrəvan küçələrinə çıxacaq. Və əsl siyasi bomba effekti yaradacaq. Bu dalğa qarşısına keçəni məhv edəcək. Bizdə olan dəqiq məlumata əsasən, Ərdoğan ilə Paşinyan arasında gizli razılaşma əldə olunub. Razılaşmanın 3 bənddən ibarət olduğu bildirilir:
1. İrəvan “erməni soyqırımı” fikrindən çəkinəcək
2. Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq
3. Zəngəzur dəhlizi açıqlacaq.
Əgər yaxın günlərdə Ermənistan hökuməti bunu rəsmi olaraq bəyan etsə, Ermənistan cəmiyyyəti Paşinyanı güc yolu ilə devirməyə qalxacaq. Bu alınacaq, yoxsa yox? Bu, çox qəliz sualdır, çünki hazırda Ermənistan cəmiyyəti didərgin haldadır. Bu insanlar biabırçı məğlubiyyətin baş rolunda gedən Paşinyanı yenidən seçkilərdə qalib edən şəxslərdir. Bunlarla uzağa getmək olacaqmı?”