Ağ Ev sosial şəbəkələrin fəaliyyətində yaranan problemdən xəbərdardır.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Cen Psaki deyib.
“Situasiyadan xəbərdarıq, izləyirik”, - deyə amerikalı rəsmi bildirib.
Psaki əlavə məlumat verməyib.
İranda ötən sutka ərzində 238 nəfər koronavirusdan (COVID-19) ölüb, 14 607 nəfər yoluxub.
Təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təhsilverənləri təbrik edib.
Axar.az təbrikin mətnini təqdim edir:
"Əziz müəllimimiz,
Övladlarımızın təlim-tərbiyəsini etibar etdiyimiz Sizə təşəkkür edir, şərəfli peşənizdə uğurlar arzulayıram!
Beynəlxalq Müəllimlər Gününüz mübarək!"
Feysbuk və İnstaqram sosial şəbəkələri 5,5 saatdan sonra fəaliyyətini bərpa edib.
Axar.az xəbər verir ki, artıq hər iki sosial şəbəkəyə daxil olmaq, foto-məzmun yükləmək, lentin yenilənməsi mümkündür.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrana işgüzar səfərə gedir.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bu gün baş tutacaq səfər zamanı Mirzoyan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşəcək.
Qarabağ konfliktinin nizamlanması prosesi 2020-ci ilin payızında döyüş fəaliyyətləri başlayana qədər dalana dirənmişdi.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Vilnüsdə erməni icması ilə görüşü zamanı deyib.
“Proses o vəziyyətə gəlib çatmışdı ki, erməni tərəfi Qarabağ ətrafındakı yeddi rayonu verməli idi, Qarabağa heç bir formada status verilməməli idi. Əgər siz məndən soruşarsınızsa, deyə bilərəm ki, Qarabağın nizamanlanmasının arxitekturası 1998-1999-cu illərdə başa çatmışdı. Birincisi, Qarabağ danışıqlar prosesindən uzaqlaşdırılmış, bunun sayəsində də beynəlxalq ictimaiyyət tərəfindən tanınan yeganə statusundan məhrum olmuşdu”, – deyə o bildirib.
O, separatçıların danışıqlar prosesindən vaxtilə Ermənistanın təşəbbüsüylə çıxarıldığını bildirib:
“Bu haqqında təkcə mən demirəm, Rusiya xarici işlər naziri Sergey Lavrov da deyir. İkincisi, Ermənistan 1999-cu ildə İstanbul xartiyasına səs verdi. Buna əsasən, milli azlıqların siyasi, etnik və mədəni haqları ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu müddət ərzində aparılan danışıqlar prosesi sadəcə feyk idi.
Müharibə niyə əvvəl yox, 2020-ci ildə başladı? Biz xatırlamalıyıq ki, 2016-cı ildə bunun zəngi çalınmışdı. Hələ 2016-cı ilin yanvarında Minsk Qrupunun həmsədrləri Ermənistandan tələb edirdilər ki, biz Dağlıq Qarabağa aralıq statusun təqdimatından imtina edək. Ermənistan tərəfi, əlbəttə, bununla razılaşmadı və 2016-cı ilin aprelində döyüş fəaliyyətləri başlayır. Döyüş fəaliyyətlərinin qarşısını Qarabağ ətrafındakı rayonları ilkin şərtsiz verməklə almaq olardı”.
Gürcüstanda ötən sutkada koronavirusa 867 yeni yoluxma faktı qeydə alınıb, 1 877 nəfər müalicə olunaraq sağalıb, 30 pasiyent vəfat edib.