Gürcüstan Baş naziri İrakli Qaribaşvili istefaya gedə bilər.

Axar.az xəbər verir ki, bu məlumatı Pirveli TV yayıb. Məlumata görə, Qaribaşvilinin istefasına səbəb partiyanın regional seçkidəki uğursuzluğu göstərilib.

Televiziya Qaribaşvilini vəzifədə hazırkı regional inkişaf və infrastruktur naziri, Bidzina İvanişvilinin etibarlı adamı İrakli Karseladzenin əvəzləyəcəyini bildirib.

Lavrov Tehranın davakarlığını soyutdu.

Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko öz Teleqram kanalında paylaşıb.

“Rusiya xarici işlər naziri Sergey Lavrov İrandan olan həmkarı ilə danışıqlarda Tehrana dəqiq şəkildə Moskvanın İranın Azərbaycanla sərhəd rayonlarında silah oynatmasını neqativ qəbul etdiyini və nəqliyyat kommunikasiyalarının, o cümlədən Zəngəzur dəhlizinin buraxılışının Cənubi Qafqaz regionunda situasiyanın stabilləşməsi üçün vacib faktor hesab etdiyini başa saldı”, – deyə o bildirib.

İsrail Baş naziri Naftali Bennet oktyabrın 22-də Rusiyaya səfərə gedəcək.

Axar.az xəbər verir ki, bu barədə İsrailin Moskvadakı səfiri Aleksandr Ben Tsvi məlumat verib.

Xatırladaq ki, N.Bennet Baş nazir vəzifəsini iyunun 13-də icra etməyə başlayıb. O, bu vəzifədə Benyamin Netanyahunu əvəz edib.