Gürcüstan Baş naziri İrakli Qaribaşvili istefaya gedə bilər.
Axar.az xəbər verir ki, bu məlumatı Pirveli TV yayıb. Məlumata görə, Qaribaşvilinin istefasına səbəb partiyanın regional seçkidəki uğursuzluğu göstərilib.
Televiziya Qaribaşvilini vəzifədə hazırkı regional inkişaf və infrastruktur naziri, Bidzina İvanişvilinin etibarlı adamı İrakli Karseladzenin əvəzləyəcəyini bildirib.