Son 40 ildə ilk dəfədir ki, Siirtdə terrorçu yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.

“Türkiyədə 181 terrorçu olduğunu dedim, elə deyilmi? 40 ildən sonra ilk dəfədir ki, Siirtdə terrorçu yoxdur. Heç bir yerində... Məsələ sadəcə terrorçunu zərərsizləşdirməkdə deyil”, - deyə nazir bildirib.

İranın nüvə proqramı ən inkişaf etmiş mərhələdədir.

Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Naftali Bennett deyib.

“İsrail Tehranın heç vaxt nüvə silahı istehsal edə bilməməsi üçün məsuliyyət daşıyır. Belə bir ekstremist və qəddar rejimin əlindəki nüvə silahları bölgənin və dünyanın simasını dəyişəcək. Bu bizim üçün strateji yox, var olmaq problemidir”, - Bennett bildirib.

İraq müharibəsinin əsas simalarından olan amerikalı general Raymond Odierno 67 yaşında vəfat edib.

Axar.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Odierno xərçəngdən ölüb.

Qeyd edək ki, Odierno 2003-cü ildə İraqdakı türk əsgərlərinin başına çuval keçirtdiyi üçün Türkiyə ictimaiyyətində "çuvalçı general" kimi tanınırdı.

İraqda xidmət etdiyi dövrdə Odiernonun rəhbərlik etdiyi amerikalı hərbçilər evlərin qapılarını qırıb iraqlıları küçələrə sürüyürdü. O, 2003 -cü ildə Əbu Qreyb həbsxanasında 4-cü Piyada Diviziyasına da komandanlıq edib. ABŞ əsgərləri tərəfindən məhbuslara işgəncə verilməsi, təcavüz edilməsi ilə gündəmə gəlmişdi.

Konqonun Beni şəhərinin sakinləri ölkədə son Ebola epidemiyasının sona çatdığını elan etdikdən 5 ay sonra xəstəliyin yeni yayılması hadisəsinin təsdiqləndiyi xəbərini aldıqları üçün narahatlıqlarını ifadə ediblər. Epidemiyanın son yayıldığı müddətdə altı nəfər həlak olub.

Ardını oxu...