Danimarkanın "Jyllands-Posten" qəzeti PKK terror təşkilatının lideri Abdullah Öcalana "azadlıq" çağırışı ilə onun posterini yayıb.
Axar.az xəbər verir ki, islamofob və irqçi meyilləri ilə tanınan qəzet bu dəfə terror təşkilatı liderini reklam edərək terrorizmi dəstəkləyib.
Qeyd edək ki, sözügedən qəzet 2005-ci ildə Məhəmməd peyğəmbərin 12 qondarma karikaturasını yayaraq müsəlmanlar tərəfindən etirazla qarşılanmışdı.