Ermənistanda son sutkada daha 903 nəfər COVID-19-a yoluxub.
Braziliya Prezidenti Jair Bolsonaru azarkeşi olduğu “Santos”un “Qremio” ilə matçına buraxılmayıb.
Çində ötən sutka təqribən 30 nəfər daşqınların qurbanı olub.
Vergiödəyiciləri vergi ili üçün bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamanı aparmalı və vergini tam həcmdə ödəməlidirlər.
Xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə rusiyalı tanınmış ekspert Qriqori Trofimçukun Axar az-a müsahibəsi:
- Tehran öz aqressiv ritorikası ilə nəyə nail olmaq istəyir və bu, ümumilikdə İran üçün nə ilə nəticələnə bilər?
- İranın gözlənilməz fəallığı ondan ibarətdir ki, Tehranın ağlına daim “blokada” fikri gəlir. Regionda nə baş verirsə, Tehran bunu özünə qarşı pis addım kimi görür. Qlobal dünyadan İran özünü təcrid edilmiş hiss edir. Artıq problemlər İranın qapısını sındırır. Tehranın əsəbləri püskürmək üzrə olan vulkana bənzəyir.
Tehran baş verənləri avtomatik olaraq şər qüvvələr və xüsusilə “sionist” iddiaları ilə əlaqələndirir. İranın Moskvaya “sionistlər”lə bağlı müraciət etməsi boyük bir səhvdir. Tehran Rusiya ilə SSRİ-ni bir tutur, amma belə deyil. “Antisionist” hərəkatına başçılıq edən Sovet İttifaqından fərqli olaraq, Rusiyanın mövqeyi tam fərqlidir. Rusiyadan bununla bağlı dəstək gözləmək avamlıqdır. Moskvanın özünə dəstək edən lazımdır.
Hadisələrin sonrakı inkişafı həm Cənubi Qafqazda, həm onunla həmsərhəd regionlarda, həm də İranın daxilində vəziyyətin dəyişməsi ilə nəticələnə bilər. Vaşinqton baş verənləri diqqətlə izləyir. İranın blokadası ABŞ-ın əsas istəklərindən biridir. Hazırda İran elə bir nöqtəyə gəlib çıxıb ki, hətta bundan sonra hərbi təlimləri ümümiyyətlə dayandırılsa belə, geriyə addım ata bilməyəcək. Çünki region ölkələri artıq İranı təhlükə kimi səciyyələndirəcək. Artıq müharibə olacağı təqdirdə İrana qarşı çıxış edəcək ölkələrin müttəfiqliyi də göz önündədir. ABŞ Xəzərə çoxdan girmək istəyirdi, amma indi bu plan üçün yeni imkanlar yaranır.
- Bu siyasətin davam edəcəyi təqdirdə İranı nə gözləyir?
- Düşünürəm ki, ABŞ-da, Rusiyadan fərqli olaraq, bu problem üzərində indidən ciddi düşünürlər. Belə bir plan çərçivəsində Cənubi Azərbaycanın fəallaşması qaçılmaz olacaq. Sözsüz ki, Rusiyanı, İranı, Azərbaycanı birləşdirən bütün nəqliyyat, infrastruktur kommunikasiyaları Qərb üçün yolverilməz sayılır. Qərb nə yolla olursa olsun, bunun qarşısını almaq istəyir. Bu baxımdan Xəzər dənizinin özündə hərbi eskalasiya Qərbə faydalı olardı.
İranın blokadasının güclənməsi ölkədə sosial-iqtisadi vəziyyətin kəskin şəkildə pisləşməsi, daha sadə desək, aclığın yaranmasına gətirib çıxaracaq. İndi Tehrandan aqressiv, səs-küylü bəyanatlar eşidirik, amma əməldə heç nə görmürük. Belə davam etsə, İran öz zəifliyini hamıya nümayiş etdirəcək. Əgər real hərəkət yoxdursa, söz və təhdidlər indiki geosiyasətdə heç bir rol oynamır. İran başa düşür ki, söhbət həmin konkretlikdən gedərsə, bu ölkəni nəinki Rusiya, ümumiyyətlə heç bir ölkə dəstəkləməyəcək. Ona görə də İran özünün yarada biləcəyi müharibə ilə təkbətək qalır. Burada da artıq seçmək lazım gələcək: İranı dövlət kimi məhv olmaqdan qorumaq, yaxud Ermənistan ərazisinə hərbi kontingentlə daxil olmaq. Amma belə bir giriş dərhal ağır zərbəyə gətirib çıxaracaq. İran klassik bir səhv etdi: çox danışmağa başladı, amma əməl edə bilmədi.
- Bakının əlində hansı kozırları var?
- İndi Bakının əlində bütün kartlar var - onlardan düzgün istifadə etmək və düşünülməmiş hərəkətlər etməmək vacibdir. Görürük ki, Ermənistan “Qarabağ röyası” ilə hələ də çabalamağa davam edir. İranın “partlaması” da bunun bariz nümunəsidir. Hazırda İranı ən çox qızışdıran da məhz elə İrəvandır.
Onu da qeyd edək ki, indi birmənalı şəkildə Gürcüstanın mövqeyi vacibdir.
Ermənistan müharibə zamanı ballistik raketlərlə Azərbaycan sivillərinə hücum etdiyi zaman savaş, insanlıq cinayəti işlədiyini bilirdi, amma arxasında duranlara güvənirdi.
Bu sözləri Axar.az-a türk hərbi mütəxəssis Abdullah Ağar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ikinci dəfə ağır artilleriya qurğularından atəşə tutması nəticəsində insan tələfatı və dağıntıların baş verməsinin ildönümü ilə bağlı açıqlamasında deyib.
“Azərbaycan bu işi belə qoymamalı, beynəlxalq, diplomatik və informasiya sahələrində Ermənistanın bu cinayətləri törətdiyini sübuta yetirməlidir. Bu kimi ölkələrlə savaşarkən haqlı olmaq kifayət etmir, haqqımızı sübuta yetirmək üçün də enerji sərf etməliyik”, - Ağar bildirib.
Daha ətraflı videoda: