Naməlum hakerlər Pin.up.Bet məşhur onlayn kazinonun 10 milyon istifadəçisinin şəxsi məlumatlarını satışa çıxarıb.
Axar.az “Bi.zone” şirkətinə istinadən xəbər verir ki, kazinoda ümumi hesabların təqribən 7,8 milyonu Rusiya ərazisində qeydiyyatdan keçib. Lakin bununla yanaşı, kazinonun məlumatlar bazasında Türkiyə, Azərbaycan, Böyük Britaniya, Braziliya, Amerika və Almaniyadan olan hesablar da mövcuddur.
Bildirilir ki, hesablarda müştərilərin elektron poçt ünvanı, doğum tarixi, telefon nömrəsi, maliyyə vəziyyəti, yaşayış yeri, üstünlük verdiyi oyunlar kimi şəxsi və maliyyə məlumatları mövcuddur.
Şəxsi məlumatları satışa çıxaran hakerlər məlumatın qarşılığında kriptovalyuta ilə 10 min dollar tələb edirlər.