Vergiödəyiciləri vergi ili üçün bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamanı aparmalı və vergini tam həcmdə ödəməlidirlər.
Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən Milli.Az-a verilən məlumata əsasən, Vergi Məcəlləsinə görə, bələdiyyələrin mülkiyyətində olan müəssisələr tərəfindən mənfəət vergisi yerli büdcəyə, digər müəssisələr tərəfindən isə dövlət büdcəsinə ödənməlidir.
Fiziki şəxslər isə gəlir vergisini dövlət büdcəsinə ödəyirlər.