Xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə rusiyalı tanınmış ekspert Qriqori Trofimçukun Axar az-a müsahibəsi:

- Tehran öz aqressiv ritorikası ilə nəyə nail olmaq istəyir və bu, ümumilikdə İran üçün nə ilə nəticələnə bilər?

- İranın gözlənilməz fəallığı ondan ibarətdir ki, Tehranın ağlına daim “blokada” fikri gəlir. Regionda nə baş verirsə, Tehran bunu özünə qarşı pis addım kimi görür. Qlobal dünyadan İran özünü təcrid edilmiş hiss edir. Artıq problemlər İranın qapısını sındırır. Tehranın əsəbləri püskürmək üzrə olan vulkana bənzəyir.

Tehran baş verənləri avtomatik olaraq şər qüvvələr və xüsusilə “sionist” iddiaları ilə əlaqələndirir. İranın Moskvaya “sionistlər”lə bağlı müraciət etməsi boyük bir səhvdir. Tehran Rusiya ilə SSRİ-ni bir tutur, amma belə deyil. “Antisionist” hərəkatına başçılıq edən Sovet İttifaqından fərqli olaraq, Rusiyanın mövqeyi tam fərqlidir. Rusiyadan bununla bağlı dəstək gözləmək avamlıqdır. Moskvanın özünə dəstək edən lazımdır.

Hadisələrin sonrakı inkişafı həm Cənubi Qafqazda, həm onunla həmsərhəd regionlarda, həm də İranın daxilində vəziyyətin dəyişməsi ilə nəticələnə bilər. Vaşinqton baş verənləri diqqətlə izləyir. İranın blokadası ABŞ-ın əsas istəklərindən biridir. Hazırda İran elə bir nöqtəyə gəlib çıxıb ki, hətta bundan sonra hərbi təlimləri ümümiyyətlə dayandırılsa belə, geriyə addım ata bilməyəcək. Çünki region ölkələri artıq İranı təhlükə kimi səciyyələndirəcək. Artıq müharibə olacağı təqdirdə İrana qarşı çıxış edəcək ölkələrin müttəfiqliyi də göz önündədir. ABŞ Xəzərə çoxdan girmək istəyirdi, amma indi bu plan üçün yeni imkanlar yaranır.

- Bu siyasətin davam edəcəyi təqdirdə İranı nə gözləyir?

- Düşünürəm ki, ABŞ-da, Rusiyadan fərqli olaraq, bu problem üzərində indidən ciddi düşünürlər. Belə bir plan çərçivəsində Cənubi Azərbaycanın fəallaşması qaçılmaz olacaq. Sözsüz ki, Rusiyanı, İranı, Azərbaycanı birləşdirən bütün nəqliyyat, infrastruktur kommunikasiyaları Qərb üçün yolverilməz sayılır. Qərb nə yolla olursa olsun, bunun qarşısını almaq istəyir. Bu baxımdan Xəzər dənizinin özündə hərbi eskalasiya Qərbə faydalı olardı.

İranın blokadasının güclənməsi ölkədə sosial-iqtisadi vəziyyətin kəskin şəkildə pisləşməsi, daha sadə desək, aclığın yaranmasına gətirib çıxaracaq. İndi Tehrandan aqressiv, səs-küylü bəyanatlar eşidirik, amma əməldə heç nə görmürük. Belə davam etsə, İran öz zəifliyini hamıya nümayiş etdirəcək. Əgər real hərəkət yoxdursa, söz və təhdidlər indiki geosiyasətdə heç bir rol oynamır. İran başa düşür ki, söhbət həmin konkretlikdən gedərsə, bu ölkəni nəinki Rusiya, ümumiyyətlə heç bir ölkə dəstəkləməyəcək. Ona görə də İran özünün yarada biləcəyi müharibə ilə təkbətək qalır. Burada da artıq seçmək lazım gələcək: İranı dövlət kimi məhv olmaqdan qorumaq, yaxud Ermənistan ərazisinə hərbi kontingentlə daxil olmaq. Amma belə bir giriş dərhal ağır zərbəyə gətirib çıxaracaq. İran klassik bir səhv etdi: çox danışmağa başladı, amma əməl edə bilmədi.

- Bakının əlində hansı kozırları var?

- İndi Bakının əlində bütün kartlar var - onlardan düzgün istifadə etmək və düşünülməmiş hərəkətlər etməmək vacibdir. Görürük ki, Ermənistan “Qarabağ röyası” ilə hələ də çabalamağa davam edir. İranın “partlaması” da bunun bariz nümunəsidir. Hazırda İranı ən çox qızışdıran da məhz elə İrəvandır.

Onu da qeyd edək ki, indi birmənalı şəkildə Gürcüstanın mövqeyi vacibdir.

25 Noyabr 2024 Türkiyədə təyyarə yanğını: Rus diplomatlar gəldi
25 Noyabr 2024 Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
25 Noyabr 2024 Almaniya hazır olsun, Putin müharibəyə başlayır - Şleqel
22 Noyabr 2024 Putinin müraciəti Trampa idi: xəbərdarlıq etdi
22 Noyabr 2024 Rutte Trampı inandırmaq üçün ABŞ-a gedir
22 Noyabr 2024 Putinin video-müraciətinə Zelenskinin cavabı
22 Noyabr 2024 Tramp Avropada ən böyük adanı almaq üçün hərəkətə keçdi
22 Noyabr 2024 İran hədələdi: İsrail belə sərsəm addım atarsa...
22 Noyabr 2024 ABŞ səhvə yol verdi - Putin
22 Noyabr 2024 Rusiya ilə əsl savaş istəyirdiniz: indi baxın! - Kadırov
22 Noyabr 2024 Çox azıq, miqrantlara ehtiyacımız var... - Rusiya
21 Noyabr 2024 Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
21 Noyabr 2024 Rusiyaya inanmamalıyıq, bizdən istifadə edir - Mütəhhəri
21 Noyabr 2024 Qərar məcburidir, Netanyahu həbs edilməlidir - Borrell
21 Noyabr 2024 Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
21 Noyabr 2024 Zelenski təcili müraciət yaydı: Başdanxarab qonşumuz...
21 Noyabr 2024 İsrail açıqladı: Üçüncü hücum dalğası tamamlandı!
21 Noyabr 2024 İrəvan Libbini təkzib etdi: Azərbaycanla əməkdaşlıq…
21 Noyabr 2024 Putinin mövqeyini nəzərə almadan bunu etmək olmaz!
21 Noyabr 2024 Güneyli məhbus işgəncə ilə öldürüldü
21 Noyabr 2024 Krımda Yeni il tədbirləri ləğv edildi
21 Noyabr 2024 BMT İranla bağlı qətnaməni qəbul etdi
21 Noyabr 2024 Kabellər buna görə qırılıb, “Moskvanın əli”ni axtarmayın
21 Noyabr 2024 Nüvə savaşı istəmirik, danışmalıyıq - ABŞ admiralı
21 Noyabr 2024 Hakimiyyətin Trampa keçməsinə hazırıq - Admiral
21 Noyabr 2024 Berlin Kiyevə növbəti hərbi yardım göndərdi
20 Noyabr 2024 ATACMS-lar Rusiyanı vurdu: Putinin iş qrafiki… - Peskov
20 Noyabr 2024 Rusiyaya ATACMS-la zərbə: Tramp hərəkətə keçir
20 Noyabr 2024 Çin lideri Ukraynadan danışdı: Görmək istəmirik!
20 Noyabr 2024 Kursk üzərində iki Ukrayna raketi vuruldu