Braziliya Prezidenti Jair Bolsonaru azarkeşi olduğu “Santos”un “Qremio” ilə matçına buraxılmayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna ölkə başçısının COVID-19-a qarşı peyvənd olunmaması səbəb göstərilib.
Stadiona buraxılmayan Bolsonaru etirazını bu şəkildə bildirib:
““Santos”un matçını izləmək istədim, peyvənd olunmadığımı dedilər. Niyə? Peyvənd olunanlardan daha çox anticismim var”.
Qeyd edək ki, Jair Bolsonaru bundan öncə peyvənd olunmadığı üçün ABŞ-da restorana buraxılmamışdı.