Türkiyənin Ədirnə vilayətinin İpsala rayonunda Yunanıstana qanunsuz keçməyə cəhd edən 5 nəfər saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Tvitter hesabında məlumat yayıb.

Saxlanılan şəxslərdən 4-nün FETÖ üzvü olduğu üzə çıxıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri zamanı ZE-DENT MMC tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 66.9 ton toxumluq kartof məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirib.

Ardını oxu...

Türkiyə qırıcı axtarışları ilə ABŞ Prezidenti Co Baydenə təzyiq edir.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” jurnalının yaydığı analitik məqalədə deyilir.

Yazar Laura Pitel bildirir ki, Ərdoğan Rusiyadan ikinci havadan müdafiə sistemini sifariş etsə də, daha çox F-16-ları əldə etmək istəyir:

“Türkiyənin qırıcı təyyarə problemi var. Onillərdir NATO üzvü olan Ankaraya 100 ədəd F-35 ixracı ləğv edildi. Bu təyyarələr havadan müdafiənin əsasını formalaşdıracaqdı. Vladimir Putindən havadan müdafiə sistemi almağın cəzasıdır bu...

Ən böyük böhran şübhəsiz ki, S-400-lə bağlıdır. Bu vəziyyət Baydeni çətin vəziyyətə salır. Qeyd-şərtsiz Ankaraya F-16 satışı ilə bağlı yaşıl işıq yandırılması Türkiyəni tənqid edənlər tərəfindən birmənalı qarşılanmaz. Digər tərəfdən də F-16 satışı ləğv edildi halda da Ankaranın Rusiya ilə yaxınlaşması üçün yeni bəhanə yaranar”.

Eyni zamanda məqalədə bildirilir ki, Türkiyənin Rusiya ilə daha dərin bağ formalaşdırması da Ankaranın mənafelərinə tam uyğun gəlmir və bu mənada türklərin Çinə yönəlməsi də istisna edilmir.

Tehran Vaşinqtondan təklif ediləndən daha çox tələblərlə çıxış etsə, o zaman İranın nüvə proqramı ilə bağlı danışıqlar uğurla nəticələnməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Cen Psaki deyib.