Gürcüstanın Polşadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Axar.az xəbər verir ki, bu məlumat nazirliyin Tvitter səhifəsində yerləşdirilib. Məlumata görə, səfir Mixail Saakaşvilinin səhhətinin müzakirəsi üçün dəvət edilib.
Səfirə Tiflisin avroatlantik inteqrasiyası üçün şəffaflıq, qanunun aliliyi və siyasi təzyiqdən çəkinməyin vacib olduğu bildirilib.