Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Co Bayden arasında görüş mümkündür, ancaq bu, proqramların əlaqələndirilməsi məsələsidir.
Axar.az xəbər verir ki, bu açıqlama ilə "Valday" klubunun İnkişaf və Dəstək Fondunun Şura sədri Andrey Bistritski çıxış edib.
"Görüşün nə vaxt olacağını söyləmək çətindir. Əlaqə nə qədər yaxın olarsa, bir o qədər yaxşıdır, çünki ciddi və düşünülmüş şəkildə həll edilməsi lazım olan çox problem var. ABŞ prezidenti kim olursa olsun, Rusiya prezidenti ilə ünsiyyət qurmalıdır. Hər iki tərəfin buna ehtiyacı var", - Bistritski söyləyib.