Nə qədər ki, Qarabağ ətrafında qeyri-sabit siyasi vəziyyət qalacaq, ölümlər və təxribatlar mütəmadi olaraq baş verəcək.

Cümə axşamı baş verən hadisə ümumi mənzərənin yalnız bir hissəsidir. Tərəflər əvvəlkitək bir-birini günahlandırmaqda davam edir. Burada yeni bir şey yoxdur. 2016-cı ilin Aprel müharibəsindən əvvəl də elə olub, 27 sentyabr 2020-ci ildən əvvəl də.

Bu barədə Axar.az-a açıqlamasında xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə ekspert Qriqori Trofimçuk deyib.

"Çoxları bu vəziyyəti Rusiya sülhməramlılarının üzərinə atmağa çalışır. Səbəbi aydındır: SQ-nin beş illik səlahiyyət müddətinin bitməsinə doğru getdiyi xatırladılır. Amma onlar da vəziyyətə tam nəzarət edə bilmirlər. Bu cür qeyri-sabitlik, sözsüz ki, regiondan kənar qüvvələr üçün sərfəlidir. Onlara lazımdır ki, ermənilərlə azərbaycanlılar əbədi döyüşsünlər və Rusiya təqsirkar olsun, həm də müharibəyə cəlb olunsun.

Deyəsən, məsuliyyəti rəsmi olaraq konkret tərəfin üzərinə qoyacaq və buradan irəli gələn bütün siyasi nəticələri qəbul edəcək qüvvə artıq yoxdur. ATƏT-in Minsk Qrupu çoxdan rədd oldu, o, faktiki olaraq heç nəyə cavabdeh deyil, amma bununla yanaşı, öz statusunu saxlayır və bundan sonra da Qarabağın baş nəzarətçisi olmaq istəyir. Bu cəfəngiyyat gec-tez dayandırılmalıdır, bütün günahkarlar, təcavüzkarlar, qatillərin adları açıqlanmalıdır. Azərbaycanın verdiyi şəhidə görə ATƏT-in Minsk Qrupunun həmsədrləri gunahkardır", - Trofimçuk bildirib.

Onun sözlərinə görə, Rusiya istəyir ki, Qarabağdakı atışmalar birdəfəlik dayandırılsın, çünki yeni müharibə onun da sabitliyinə təsir edəcək.

25 Noyabr 2024 Türkiyədə təyyarə yanğını: Rus diplomatlar gəldi
25 Noyabr 2024 Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
25 Noyabr 2024 Almaniya hazır olsun, Putin müharibəyə başlayır - Şleqel
22 Noyabr 2024 Putinin müraciəti Trampa idi: xəbərdarlıq etdi
22 Noyabr 2024 Rutte Trampı inandırmaq üçün ABŞ-a gedir
22 Noyabr 2024 Putinin video-müraciətinə Zelenskinin cavabı
22 Noyabr 2024 Tramp Avropada ən böyük adanı almaq üçün hərəkətə keçdi
22 Noyabr 2024 İran hədələdi: İsrail belə sərsəm addım atarsa...
22 Noyabr 2024 ABŞ səhvə yol verdi - Putin
22 Noyabr 2024 Rusiya ilə əsl savaş istəyirdiniz: indi baxın! - Kadırov
22 Noyabr 2024 Çox azıq, miqrantlara ehtiyacımız var... - Rusiya
21 Noyabr 2024 Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
21 Noyabr 2024 Rusiyaya inanmamalıyıq, bizdən istifadə edir - Mütəhhəri
21 Noyabr 2024 Qərar məcburidir, Netanyahu həbs edilməlidir - Borrell
21 Noyabr 2024 Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
21 Noyabr 2024 Zelenski təcili müraciət yaydı: Başdanxarab qonşumuz...
21 Noyabr 2024 İsrail açıqladı: Üçüncü hücum dalğası tamamlandı!
21 Noyabr 2024 İrəvan Libbini təkzib etdi: Azərbaycanla əməkdaşlıq…
21 Noyabr 2024 Putinin mövqeyini nəzərə almadan bunu etmək olmaz!
21 Noyabr 2024 Güneyli məhbus işgəncə ilə öldürüldü
21 Noyabr 2024 Krımda Yeni il tədbirləri ləğv edildi
21 Noyabr 2024 BMT İranla bağlı qətnaməni qəbul etdi
21 Noyabr 2024 Kabellər buna görə qırılıb, “Moskvanın əli”ni axtarmayın
21 Noyabr 2024 Nüvə savaşı istəmirik, danışmalıyıq - ABŞ admiralı
21 Noyabr 2024 Hakimiyyətin Trampa keçməsinə hazırıq - Admiral
21 Noyabr 2024 Berlin Kiyevə növbəti hərbi yardım göndərdi
20 Noyabr 2024 ATACMS-lar Rusiyanı vurdu: Putinin iş qrafiki… - Peskov
20 Noyabr 2024 Rusiyaya ATACMS-la zərbə: Tramp hərəkətə keçir
20 Noyabr 2024 Çin lideri Ukraynadan danışdı: Görmək istəmirik!
20 Noyabr 2024 Kursk üzərində iki Ukrayna raketi vuruldu