Türkiyə qırıcı axtarışları ilə ABŞ Prezidenti Co Baydenə təzyiq edir.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” jurnalının yaydığı analitik məqalədə deyilir.
Yazar Laura Pitel bildirir ki, Ərdoğan Rusiyadan ikinci havadan müdafiə sistemini sifariş etsə də, daha çox F-16-ları əldə etmək istəyir:
“Türkiyənin qırıcı təyyarə problemi var. Onillərdir NATO üzvü olan Ankaraya 100 ədəd F-35 ixracı ləğv edildi. Bu təyyarələr havadan müdafiənin əsasını formalaşdıracaqdı. Vladimir Putindən havadan müdafiə sistemi almağın cəzasıdır bu...
Ən böyük böhran şübhəsiz ki, S-400-lə bağlıdır. Bu vəziyyət Baydeni çətin vəziyyətə salır. Qeyd-şərtsiz Ankaraya F-16 satışı ilə bağlı yaşıl işıq yandırılması Türkiyəni tənqid edənlər tərəfindən birmənalı qarşılanmaz. Digər tərəfdən də F-16 satışı ləğv edildi halda da Ankaranın Rusiya ilə yaxınlaşması üçün yeni bəhanə yaranar”.
Eyni zamanda məqalədə bildirilir ki, Türkiyənin Rusiya ilə daha dərin bağ formalaşdırması da Ankaranın mənafelərinə tam uyğun gəlmir və bu mənada türklərin Çinə yönəlməsi də istisna edilmir.