Qonşu ölkələrdə artıq koronavirusa yoluxmada rekord göstəricilər qeydə alınır. Gürcüstan, Türkiyə və Rusiyada yoluxma sayının kəskin artması ilə yanaşı, bu virusdan ölüm sayı da çoxalıb. Gürcü mütəxəssislər isə beşinci dalğanın başladığını bildirərək, bu mərhələnin daha ağır olacağı barədə həyəcan təbili çalırlar.

Axar.az xəbər verir ki, Azərbaycanda da yumşaldılmalara gedildikdən sonra yoluxma sayında hər gün artıb qeydə alınır. Artıq dünən yumşalmalardan bəri ilk dəfə olaraq yolxuma sayı (1277) bu virusdan sağalanların sayını (853) üstələdi. Eyni zamanda, virusdan ölüm statistikası da artmaqdadır.

Payız-qış mövsümü ilə əlaqədar digər xəstəliklərin də artdığı indiki məqamda COVİD-19 virusuna yoluxmada artım 5-ci dalğaya səbəb ola bilərmi?

Bununla bağlı saytımıza danışan tibb elmləri doktoru, professor Adil Qeybulla vaksinasiyanın sürətlənməsinin vacib olduğunu bildirib:

“Azərbaycanda əyani tədrisə icazə verildi, bəzi yumşaldılmalara gedildi və belə bir vəziyyətdə hazırkı artım ciddi narahatlıq yaradır. Çünki şagirdlər və tələbələr bir-birləri ilə sıx ünsiyyətdədirlər. Demək olar ki, son günlər tibbi maskalardan da düzgün istifadə edən yoxdur və bu da yoluxmanı artırır. Artıq bu xəstəliyin yeniyetmələrdə də kliniki əlamətləri üzə çıxıb. Bu baxımdan vaksinasiyanın intensivləşməsi mühüm şərtdir. Təəssüflər olsun ki, Azərbaycanda insanların əksəriyyəti saxta vaksin pasportu daşıyır və portalda qeydiyyatdan keçib. Çox üzücüdür ki, real situasiya rəsmi rəqəmlərin əleyhinə çıxış edir və hesab edirəm ki, bundan sonra 12+ uşaqlara vaksinin vurulması barədə düşünüb, məsüliyyətli addımlar atmalıyıq”.

Amerikanın İran siyasəti Tehranın iştahını artırır, bu, İsraili İran obyektlərinə hərbi zərbə endirməyə məcbur edə bilər.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, Tramp administrasiyasının İran nüvə razılaşmasından çıxmaq qərarı tamamilə əsaslanmışdır:

“Bizim irəli sürdüyümüz siyasət İran təhdidinə qarşı dünyanı daha təhlükəsiz etdi. Əgər Tramp daha bir və ya iki il prezident olaraq qalsaydı, ABŞ və İsrailin əməkdaşlığı İranın nüvə proqramının inkişafının qarşısını ala bilərdi. Biz heç bir halda İrana nüvə silahı əldə etməyə imkan verməzdik”.

“İran ordusu Ermənistan ərazisinə girə bilər”. Bu “ideya” İran üçün arzu, Azərbaycan üçün problem, Rusiya üçün biabırçılıq, Türkiyə üçün nonsens, Ermənistan üçün isə milli faciədir.

Bu fikirləri Axar.az-a açıqlamasında rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov Tehranın Ermənistan ərazisinə hərbi kontingent yeridilməsi ideyasına dair müxtəlif ekspert icmalarının fikirlərini şərh edərkən bildirib.

“Mən bu cür mülahizələri “Reqnum” informasiya agentliyinin “analitikləri”ndən eşitmişdim, lakin onların halüsinasiyalarını sözsüz ki, qəbul etmirəm. Buna görə də mən bu cür informasiya axınlarına istehza ilə yanaşıram”, - deyə müsahibimiz qeyd edib.

Onun sözlərinə görə, bu gün İranın, demək olar ki, bir dənə də müttəfiqi yoxdur. İran ordusu Zəngəzura girəcəyi təqdirdə onun tərəfində müxtəlif ölkələrə yerləşdirdiyi hərbiləşdirilmiş qruplaşmaları belə dura bilməyəcək. Çünki onların özləri elə İran tərəfindən maliyyələşdirilir və silahlandırılır, buna görə də ciddi qarşıdurma baş versə, bu qruplaşmalar İrana dəstək yox, yük olacaq.

“İran qoşunlarının bu regiona yeridilməsi tarixdə ilk dəfə olaraq ABŞ və NATO ölkələrinin Rusiya ilə birgə koalisiya təşkil edərək Tehrana qarşı çıxmasına səbəb olacaq. Buraya İsrail, Türkiyə və əlbəttə ki, Azərbaycan da daxil olacaq. Sözsüz ki, Çin narazı olacaq, amma Ermənistanın maraqlarına görə Pekin çətin ki, İranın tərəfində döyüşə girsin.

Artıq bir faktı hamı qəbul etməlidir: Zəngəzur nəqliyyat dəhlizinin arxasında Putinin imzası dayanır və Kreml heç kimə buna qəsd etməyə imkan verməyəcək”, - deyə həmsöhbətimiz qeyd edib.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili həbsxanada təkadamlıq kameraya yerləşdirilib.

Axar.az xəbər verir ki, bu məlumatı Gürcüstan mətbuatı yayıb. Məlumata görə, bu qərar Saakaşvilinin öz istəyinə uyğun qəbul edilib.

Qeyd edək ki, Saakaşvili həbsə girdiyi gündən aclıq aksiyasına başlayıb.

Menbiç, Kobani, Surrin, Rakka, hətta Hasekədə işğal altındakı xalqın hamısı türk ordusunu gözləyir. Onları çiçəklərlə, güllərlə qarşılayacaqlar.

Axar.az xəbər verir ki, bunu Cerablusun keçmiş polis rəisi Abdurrəzzaq Aslan Laz Türkiyə mətbuatına açıqlamasında deyib.

“PKK/PYD Hələbin şimal-şərqində və Fəratın şərqində terror aktları həyata keçirir. Terror təşkilatı "Sülh çeşməsi" əməliyyat bölgəsində, Ras əl-Eyn, Tel-Abyad və Cerablus, Əl-Bab bölgələrində türk ordusunu və hüzur içində yaşayan insanları hədəf alıb.

PKK/PYD terror təşkilatının “rəhbəri” adlandırılan İlham Əhməd Moskva və Vaşinqtona getdi. Geri döndükdən sonra Suriyanın şimalında və Fəratın şimal-şərqində terror aktları xeyli artdı. Əhmədin orada təlimat aldığı və ittifaq bağladığı dəqiqdir. Əməliyyatın harada və nə vaxt başlayacağını türk ordusu təyin edəcək.

Xalq türk ordusunu gül və çiçəklə qarşılayacaq. Heç bir günahı olmayan adamlar həbs olunur. Gəncləri zorla təşkilata üzv qəbul edirlər”, - deyə Abdurrəzzaq bildirib.

Talibanı fəaliyyətinə görə ittiham etmək gərəkdir, deyilənlərə görə deyil.

Axar.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.

“G20-dəki partnyorlarla Əfqanıstandakı vəziyyətə kollektiv şəkildə reaksiya verilməsinin vacibliyini qeyd etdik. Əfqanıstanın yenidən terrorçuların meydanına çevrilməsinə imkan verməməliyik”, - deyə nazir bildirib.