Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili həbsxanada təkadamlıq kameraya yerləşdirilib.
Axar.az xəbər verir ki, bu məlumatı Gürcüstan mətbuatı yayıb. Məlumata görə, bu qərar Saakaşvilinin öz istəyinə uyğun qəbul edilib.
Qeyd edək ki, Saakaşvili həbsə girdiyi gündən aclıq aksiyasına başlayıb.