Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 774 yoluxma halı qeydə alınıb, 37 nəfər ölüb.
Milli.Az bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 640 357, ölənlərin sayı isə 9 306 nəfərə çatıb. Virusa yoluxanlardan 603 995 nəfərin sağaldığı bildirilir.