Menbiç, Kobani, Surrin, Rakka, hətta Hasekədə işğal altındakı xalqın hamısı türk ordusunu gözləyir. Onları çiçəklərlə, güllərlə qarşılayacaqlar.
Axar.az xəbər verir ki, bunu Cerablusun keçmiş polis rəisi Abdurrəzzaq Aslan Laz Türkiyə mətbuatına açıqlamasında deyib.
“PKK/PYD Hələbin şimal-şərqində və Fəratın şərqində terror aktları həyata keçirir. Terror təşkilatı "Sülh çeşməsi" əməliyyat bölgəsində, Ras əl-Eyn, Tel-Abyad və Cerablus, Əl-Bab bölgələrində türk ordusunu və hüzur içində yaşayan insanları hədəf alıb.
PKK/PYD terror təşkilatının “rəhbəri” adlandırılan İlham Əhməd Moskva və Vaşinqtona getdi. Geri döndükdən sonra Suriyanın şimalında və Fəratın şimal-şərqində terror aktları xeyli artdı. Əhmədin orada təlimat aldığı və ittifaq bağladığı dəqiqdir. Əməliyyatın harada və nə vaxt başlayacağını türk ordusu təyin edəcək.
Xalq türk ordusunu gül və çiçəklə qarşılayacaq. Heç bir günahı olmayan adamlar həbs olunur. Gəncləri zorla təşkilata üzv qəbul edirlər”, - deyə Abdurrəzzaq bildirib.