Amerikanın İran siyasəti Tehranın iştahını artırır, bu, İsraili İran obyektlərinə hərbi zərbə endirməyə məcbur edə bilər.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, Tramp administrasiyasının İran nüvə razılaşmasından çıxmaq qərarı tamamilə əsaslanmışdır:
“Bizim irəli sürdüyümüz siyasət İran təhdidinə qarşı dünyanı daha təhlükəsiz etdi. Əgər Tramp daha bir və ya iki il prezident olaraq qalsaydı, ABŞ və İsrailin əməkdaşlığı İranın nüvə proqramının inkişafının qarşısını ala bilərdi. Biz heç bir halda İrana nüvə silahı əldə etməyə imkan verməzdik”.