Şimal Axını-2 qaz kəmərinin istismara verilməsi qaz bazarındakı vəziyyəti sabitləşdirməyə kömək edə bilər.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.
"Əlbəttə ki, Şimal Axını-2 daxil olmaqla, yeni infrastrukturun istifadəyə verilməsi bu vəziyyətin öhdəsindən daha sürətlə gəlməyə kömək edəcək amillərdən biridir. Şimal Axını-2 qaz kəməri Baltik dənizindən Almaniyaya qədər uzanır və ildə 55 milyard kubmetr qazötürmə qabiliyyətinə malik iki xətdən ibarətdir", - deyə o bildirib.
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili fiziki cəhətdən çox zəifdir, lakin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur.
Axar.az xəbər verir ki, bu barədə onun həkimi Nikoloz Kipşidze deyib.
“Məsləhət görərdim ki, çərşənbə axşamından öncə konsilium təşkil edilsin və həkimlər sonrakı addımları müzakirə etsin. Onda (Saakaşvili – red.) zəiflik, simanın solğunluğu müşahidə edilir, hərəkət etməkdə çətinlik çəkir. Hazırda xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur. Lakin sonra nələr olacağına baxacağıq”, - deyə həkim bildirib.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tiflisdə saxlanılıb və həmin gündən qanunsuz həbsinə etiraz olaraq aclıq edir.
ABŞ Türkiyəyə F-35-lər üçün ödənilən pulun qarşılığında F-16 almasını təklif edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anqolaya səfəri ərəfəsində jurnalistlərə açıqlamasında deyib.
"Türkiyə ABŞ-dan 40 ədəd F-16 alıb. Bu, açıq şəkildə F-35 məsələsi ilə bağlıdır. 1 milyard 400 milyon dollar ödədik. Bu ödənişlərə cavab olaraq ABŞ belə bir təklif etdi və biz dedik ki, ölkəmizin müdafiə ehtiyaclarını ödəmək üçün bütün lazımi addımları atmalıyıq. Qırıcı təyyarə donanmamızı hər zaman hazır və müasir bir vəziyyətə gətirmək üçün səylərimizi davam etdiririk. F-16-ları modernləşdirərək yenilərini alıb donanmamızı daha da inkişaf etdirməyə çalışırıq", - prezident bildirib.
Rusiyada son 24 saat ərzində koronavirusa yoluxma sayı 33208 nəfər olub, ölənlərin sayı isə 1002-yə çatıb.
Axar.az xəbər verir ki, bu, Rusiyada 13 mart 2020-ci il tarixindən bəri qeydə alınan ən böyük rəqəmdir. Yoluxmaya görə birinci yerdə paytaxt Moskva, ikinci yerdə isə Sankt-Peterburqdur. Ölümlərin çox olmasına səbəb isə peyvəndləmə səviyyəsinin aşağı olması göstərilib.
145 milyon əhalisi olan ölkədə cəmi 32% insan 2 doza peyvənd olunub.