Konqonun Yuxarı Katanqa əyalətində yük maşınının Kaluma-Nqonqo çayına düşməsi nəticəsində ən azı 50 insan həlak olub.

Axar.az xəbər verir ki, bu barədə “Actualite” nəşri məlumat yayıb.

Bildirilib ki, yük maşınında 50-dən çox insan olub ki, onlardan yalnız ikisi xilas edilib. Dalğıclar çayda axtarışları davam etdirir. Ölənlərin sayının artacağı istisna edilmir.

Polşa Ekstraklasasında 11-ci turun ən pis futbolçulardan ibarət rəmzi komandası açıqlanıb.

Axar.az xəbər verir ki, "Wezslo” nəşrinin açıqladığı siyahıda Azərbaycan millisinin üzvü Mahir Emreli də yer alıb.

"Legiya”nın heyətində "Lex”lə matçda zəif çıxış edən hücumçu ən zəiflər arasında olub.

Qeyd edək ki, Mahir Emreli "Lex”lə oyunda 65 dəqiqə meydanda olub və yalnız bir dəfə rəqib qapısı qarşısında təhlükəli vəziyyətlə yadda qalıb