Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin “Mədəniyyət” kanalına Ülviyyə Könül rəhbərlik edəcək.
AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, sədr Rövşən Məmmədovun əmri ilə əməkdar incəsənət xadimi Ülviyyə Oqtay qızı Kərimova QSC-nin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” telekanalına direktor vəzifəsinə təyin edilib.
Əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. Ramil Qasımov mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.
Bu təyinata kimi Ülviyyə Könül 2019-cu ilin oktyabrından Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin baş rejissoru vəzifəsində çalışıb.