Konqonun Yuxarı Katanqa əyalətində yük maşınının Kaluma-Nqonqo çayına düşməsi nəticəsində ən azı 50 insan həlak olub.
Axar.az xəbər verir ki, bu barədə “Actualite” nəşri məlumat yayıb.
Bildirilib ki, yük maşınında 50-dən çox insan olub ki, onlardan yalnız ikisi xilas edilib. Dalğıclar çayda axtarışları davam etdirir. Ölənlərin sayının artacağı istisna edilmir.