Taliban Bəlx vilayətinin mərkəzi Məzari-Şərif şəhərinin təhlükəsizliyini təmin etmək üçün xüsusi təyinatlı qüvvələr yaradıb.
Axar.az xəbər verir ki, bu barədə “Tolo Nyus” məlumat yayıb.
“Mansurun diviziyası” adlanan xüsusi bölmələrin əsas vəzifəsi Məzari-Şərifdə artmaqda olan cinayətkarlıqla mübarizədir”, - deyə bildirilib.
Qeyd edək ki, Bəlx vilayəti Özbəkistan, Tacikistan və Türkmənistanla həmsərhəddir. Məzari-Şərif şəhərində 500 minə yaxın insan yaşayır.