Türkiyə Rusiyanın Su-57-ni alacağı təqdirdə regional supergücə çevrilə bilər.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko ABŞ-ın Türkiyəyə F-16 təklifini şərh edərkən deyib.
Onun sözlərinə görə, Vaşinqton bu təklifi ilə Ankaraya hörmətsizlik edir:
“F-35 - beşinci nəsil qırıcı təyyarədir və F-16 ilə müqayisəedilməzdir. F-35 təyyarəsi almaq Türkiyə üçün önəmlidir. Türkiyənin xərclədiyi külli miqdarda vəsait qarşılığında ABŞ-dan embarqo alması NATO-nun ikinci böyük hərbi gücünə hörmətsizlikdir. ABŞ Türkiyəyə yönəlik bütün qırmızı cizgiləri keçdi”.
Korotçenko bildirir ki, ABŞ-ın bu kimi addımlarına Ankaranın ən yaxşı cavabı Su-57 əldə etməsi olar:
“Su-57 F-35-dən daha yaxşıdır. F-35 yüngül, Su-57 isə daha ağır təyyarədir. Türkiyə Su-57 ilə bütün Avropa ölkərini geridə qoyacaq supergücə çevrilə bilər. Hərbi və siyasi baxımdan da mütləq şəkildə öz sözünü qlobal miqyasda deyəcək”.