Ermənistan və İran Araz çayının çirklənməsini tədqiq etmək üçün xüsusi komissiya yaradacaq.

Axar.az xəbər verir ki, bunu İranın Baş prokuroru Məhəmməd Cəfər Müntəziri deyib.

“Ermənistana son səfərim zamanı ən vacib müzakirə məsələlərindən biri Araz çayının çirklənməsiydi. Görüş zamanı Araz çayının çirkliliyinin tədqiqi üçün xüsusi komissiyanın yaradılması qərarı qəbul edilib. Araz çayı hər iki ölkə üçün vacib məsələdir və biz arzuolunan nəticəyə çatmaq üçün bu problemi həll etməkdə qərarlıyıq”, – deyə o bildirib.

Qarabağda yaşayan ermənilər demək olar ki, hər gün rus sühməramlılarına yaxınlaşaraq köçmək üçün müraciət edirlər. Onlar Qarabağda yaşamaq istəmirlər. Ermənilər deyir ki, bu torpaqlarda onları məcbur saxlayırlar.

Axar.az xəbər verir ki, bu fikirlərlə erməni siyasi şərhçi Samvel Ohanesyan çıxış edib.

“Biz Qarabağda yaşayan ermənilər ilə mütamadi söhbətlər edirik. Onların sayı hər gün azalır. Hamı Qarabağı tərk etmək barədə düşünür. Bu bizim üçün əsl faciədir. Elə çıxır ki, yaxın vaxtlarda Azərbaycan əsgəri bir güllə belə atmadan sakitcə Xankəndiyə yerləşəcək. Biz Bakıya heç bir söz də deyə bilməyəcik, çünki bölgədə olan sülməramlılar da təsdiq edəcək ki, ermənilər bu torpaqlardan könüllü olara çıxıb.

Bu faciənin birinci mərhələsidir. İkinci mərhələ bu insanların Qarabağdan çıxdıqdan sonra hara üz tutması olacaq. İnanın ki, onlar heç Ermənistanda belə yaşamaq, yerləşmək istəmir – Rusiyaya və yaxud Qərb ölkələrinə üz tutacaqlar”, - deyə erməni ekspert qeyd edib.