Şirin qazlı sular insan sağlamlığı üçün ciddi təhlükə yaradır.
Axar.az xəbər verir ki, bunu rusiyalı həkim Aleksandr Myasnikov deyib.
Onun sözlərinə görə, bu sular şəkərə, piylənməyə, hətta onkoloji xəstəliyə səbəb ola bilər.
“Bu, həqiqətən də osteoporozdan xərçəngə və ürək xəstəliyinə qədər böyük bir xəstəliyə aparan bir yoldur”, - həkim bildirib.
Həkim bildirib ki, insan sağlamlığı üçün ən az zərərli olan adi sudur.