Qərb siyasətçiləri qazın bahalaşmasına səbəb olan səhvlərini etiraf etməkdənsə, Rusiyanı pisləməyi üstün tuturlar.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Səhvlər etdilər, yanlış hesabladılar. Külək enerjisinə ümid etdilər və külək də dayandı. Bir neçə ay külək əsmədi. Spot bazarına ümid etdilər və spot bazar daha bahalaşdı”, - Peskov bildirib.