Əgər bu görüş baş tutarsa, iki fərqli teatrı əhatə edən zəruri prosesin bir hissəsi olacaq:
Levant (Şərqi Aralıq ölkələri) və indi Qafqaz.
Bu sözləri Axar.az-a amerikalı mütəxəssis, ABŞ-ın Qulf Dövlət Analitik Mərkəzinin baş məsləhətçisi doktor Teodor Karasik Rusiya, ABŞ və İsrail təhlükəsizlik şuralarının rəhbərlərinin baş tutması gözlənilən görüşü haqda danışarkən deyib.
Mütəxəssisin sözlərinə görə, bu görüşü anlamaq üçün daha öncə baş tutan oxşar görüşü xatırlamaq lazımdır:
“2019-cu ilin iyun ayında Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, o vaxt ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri olan Con Bolton, daha sonra isə İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabbatın Suriyadakı vəziyyəti üçtərəfli formatda ilk dəfə müzakirə etdiyi zamanı xatırlamaq vacibdir. Daha əvvəl, Bennettin oktyabrın 22-də Soçiyə uçacağı barədə bir xəbər yayılmışdı. Beləliklə, sözügedən görüş baş tutarsa, bu formatın davamı olacaq, amma müzakirə İranla bağlı olduğundan, şübhəsiz ki, bu şahmat taxtası ətrafında mübahisəli bir müzakirə olacaq”.
Amerikalı ekspert İran İslam İnqilabı Keşikçiləri Korpusunun ritorikası və keçirdiyi təlimlərin müzakirənin başqa vacib bir məqamı olacağını da vurğulayıb:
“Qeyd etmək vacibdir ki, bu üçtərəfli proses Türkiyəni kənarda qoyur. Məhz bu nüans gələcəkdə əhəmiyyət kəsb edə bilər”.