Bir gəminin İstanbul boğazından keçməsi 13-14 saat çəkir. Niyə bütün bu gəmilər Bakırköy-Zeytinburnu sahillərində gözləyir? Bunların sayı artacaq. Mərmərə dənizi gəmi parkına çevriləcək.

Axar.az xəbər verir ki, bunu Türkiyə nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu Kanal İstanbulun əhəmiyyətindən danışarkən deyib.

"Onların Bosfor boğazından tez keçmələri və qəzaların qarşısını almaq üçün alternativ su yoluna ehtiyacımız var. Kanal İstanbul bir zərurətdir", - nazir qeyd edib.

Çinin separatizmlə böyük mübarizə təcrübəsi var.

Axar.az xəbər verir ki, bunu Çin lideri Si Szinpin deyib.

“Tayvanda separatizm vətənin birləşməsi yolunda ən böyük maneədir və milli oyanış üçün ən ciddi gizli təhlükədir”, – deyə o bildirib.

Yunanıstanda son zamanlar bəzi ölkələrin təşviqi ilə bəzi müqavilələr bağlayaraq, silahlanma sevgisi başlayıb.

Axar.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

“Əvvəlcə riyaziyyata, tarixə baxın. Bu cür cəhdlərlə Türkiyəyə qarşı üstünlük qazana bilməzsiniz, bu cəhddən əl çəkin! Yunanıstanda iqtisadi vəziyyət məlumdur, ciddi borc içindədirlər. Silahlanma sevgisi ilə bəzi israfçı xərclər edərək iqtisadiyyatı daha da pisləşdirməkdə və yunan xalqının rifahına qəsd edilməkdədir. Yunanıstandakı sağlam düşüncəli insanlar bunu görməlidir. Bu təşəbbüslərin heç biri mümkün deyil. Buna qarşı bütün tədbirləri aldıq və alırıq. Bu mövzuda son dərəcə qərarlı, qətiyyətliyik”, - deyə Akar bildirib.

Qeyd edək ki, Yunanıstan Fransa ilə hərbi müqavilə imzalayıb. Eyni zamanda, səhiyyəyə ayrılan büdcəni 12 faiz kəsərək, hərbi büdcəsini 40 faiz artırıb. Mütəxəssislər bunu Yunanıstanın Türkiyə ilə silah yarışına girməsi kimi dəyərləndiriblər.