Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskiyə məktub ünvanlayıb.
Axar.az xəbər verir ki, məktubda o, Zelenskinin bəyanatından dərindən təsirləndiyini bildirib. O özünü Putinin şəxsi məhbusu adlandırıb:
“Hörmətli Vladimir Aleksandroviç, mənim qanunsuz həbsim, Gürcüstanda saxta ittihamlara əsl ali sinif dövlət xadimi kimi reaksiyanız və sözləriniz məni dərindən təsirləndirdi. Rusiyadan başqa bunu dünyada heç kim tanımır. Mən həyatımdan çox öz Gürcüstanımı istəyirəm, amma ikinci vətənim olan, həyatımın çox hissəsini keçirdiyim, ailəm və dostlarımın olduğu Ukraynanı da çox sevirəm. Bütün həyatım boyunca sizin apardığınız tarixi dəyişiklik və reformlara töhfə vermək imkanına sahib olduğuma görə fəxr edirəm.
Faktiki olaraq Putinin şəxsi məhbusuyam, sizin Ukraynanın, bütün regionun və imperiyanın bütün məhbuslarının müdafiəsi üzrə prinsipial mövqeyinizi yüksək qiymətləndirirəm”.
Çinin Mətbuat və Nəşr işləri üzrə dövlət idarəsi azyaşlıların oyun asılılığının qarşısını almaq üçün ümummilli kampaniya çərçivəsində xüsusi şikayət saytı açıb.
Vahid Milli Hərəkat Partiyası 2024-cü il parlament seçkisinə qədər siyasi spektrdən mərhələli olaraq yoxa çıxmalıdır.
Axar.az xəbər verir ki, bunu Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze deyib. Onun sözlərinə görə, son bələdiyyə seçkisində Gürcü Arzusunun opponentləri ağır məğlubiyyətə məruz qalıb:
“İkinci tura gəlincə, biz gərək bu referendumu sona çatdıraq. Biz başladığımız işi sona çatdırmalıyıq və Vahid Milli Hərəkat 2024-cü ilə qədər siyasi spektrdən mərhələli olaraq yoxa çıxmalıdır”.
Azərbaycan və Gürcüstanın müdafiə nazirləri - general-polkovnik Zakir Həsənov və Cuanşer Buçuladze arasında ikitərəfli görüş başlayıb.
Axar.az xəbər verir ki, görüş Kaxeti bölgəsində keçirilir.
Daha sonra gürcü nazir türkiyəli həmkarı Hulusi Akarla görüş keçirəcək.
İkitərəfli görüşlərdən sonra müdafiə nazirlərinin üçtərəfli görüşü başlayacaq.