Nikol Paşinyan Litvada Şərqi Avropa Tədqiqatlar Mərkəzini ziyarət edib, buradakı ekspertlərlə görüşüb.
Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan baş nazirinin mətbuat xidməti yayıb.
Məlumata görə, baş nazir görüş zamanı Cənubi Qafqaz regionunda baş verən proseslərə toxunub. Xüsusilə, Nikol Paşinyan çıxışı zamanı iyunda Ermənistanda baş tutan seçkinin daxili siyasi böhranın qarşısını aldığını bildirib.
Qeyd edək ki, Şərqi Avropa Tədqiqatlar Mərkəzinin təsisçiləri rəsmi olaraq Vilnüs Universiteti və Litva XİN-i sayılır. Təşkilat yalnız qrantlarla fəaliyyətini davam etdirdiyini açıqlayıb. Şərqi Avropa Tədqiqatlar Mərkəzi bir çox hallarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Litvadakı dayağı sayılır.
Bu qurum həmçinin 2016-cı ildən Litvaya köçürülən Avropa Humanitar Universitetinin ali kollegial orqanının üzvüdür. Mərkəzlə bərabər bu orqanda ABŞ-ın Açıq Cəmiyyət Fondu (Soros Fondu) və Avrasiya Fondu da təmsil olunur.