Vahid Milli Hərəkat Partiyası 2024-cü il parlament seçkisinə qədər siyasi spektrdən mərhələli olaraq yoxa çıxmalıdır.
Axar.az xəbər verir ki, bunu Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze deyib. Onun sözlərinə görə, son bələdiyyə seçkisində Gürcü Arzusunun opponentləri ağır məğlubiyyətə məruz qalıb:
“İkinci tura gəlincə, biz gərək bu referendumu sona çatdıraq. Biz başladığımız işi sona çatdırmalıyıq və Vahid Milli Hərəkat 2024-cü ilə qədər siyasi spektrdən mərhələli olaraq yoxa çıxmalıdır”.