Böyük iyirmilik (G20) Talibana beynəlxalq səviyyədə tanınmanın şərtləri haqqında açıq və birmənalı mesaj verməlidir.
Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “Fransa İnter” radiosuna Talibanla bağlı acıqlaması zamanı deyib.
“Taliban qadınlara bərabər hüquqlar verməli, humanitar yardım əməliyyatlarının əlçatanlığını təmin etməli və terror təşkilatları ilə əlaqələrini kəsməlidir. Taliban bu şərtləri qəbul etməlidir”, - deyə Makron bildirib.
Qeyd edək ki, Böyük iyirmilik(G20) zirvəsi oktyabrın sonunda İtaliyanın paytaxtı Romada keçiriləcək.